Xəbərlər

“ASAN Məktub” sosial proqramı və "TuranBank" ilə birgə uşaqların arzuları gerçəkləşdirilib. 💌

"ASAN Könüllüləri" Təşkilatının “ASAN Məktub” sosial proqramı "TuranBank"la (TuranBank) tərəfdaşlıq çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə növbəti xeyriyyə aksiyasına imza atıb.

“ASAN Məktub” sosial proqramı çərçivəsində ASAN könüllüləri və bank əməkdaşları ilə İsmayıllı regionundan olan aztəminatlı ailələrin uşaqlarının arzuları gerçəkləşdirilərək onların istəklərinə uyğun olaraq müxtəlif hədiyyələr təqdim edilib.

Bu prosesdə "ASAN Məktub" sosial proqramına göstərdiyi dəstək üçün "TuranBank" və əlaqəli şəxslərə təşəkkür edirik!

  • 01.06.2022