Xəbərlər

" ASAN Məktub" Xızıda !

“Sizin qayğınız bayram sevinci olsun” aksiyası zamanı toplanılan hədiyyələrin sahiblərinə çatdırılması prosesi davam edir.😍

"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin (Bravo Supermarket Azerbaijan) əməkdaşlığı ilə keçirilən aksiya çərçivəsində bu dəfə Xızı regionundan olan 30 uşaq öz hədiyyələrinə qovuşdu.

Bu prosesdə bizə dəstək olan vətəndaşlara öz təşəkkürümüzü bildiririk!💌

Qeyd edək ki, siz də www.asanmektub.az saytına daxil olaraq məktub öhdəliyə götürə bilərsiniz.

  • 16.05.2022