Xəbərlər

Bayramda arzular gerçəkləşdi!🪄

"ASAN Könüllüləri" Təşkilatının “ASAN Məktub” sosial proqramının təşkilatçılığı, “Bakcell” şirkətinin (Bakcell) dəstəyi ilə Füzuli rayonun Horadiz kəndindən olan uşaqların əlçatan arzuları reallaşdırılıb.

Belə ki, www.asanmektub.az saytı vasitəsilə yazdırılmış 21 məktub Ramazan bayramı münasibətilə öz sahiblərinə çatdırılıb. Siz də www.asanmektub.az saytına daxil olaraq məktub öhdəliyə götürə və onlara bir təbəssüm bəxş edə bilərsiniz.💌

Bu prosesdə bizə dəstək olan “Bakcell” ailəsinə öz təşəkkürümüzü bildiririk!

  • 02.05.2022