Xəbərlər

Könüllü Gömrükçülər aksiyaya qoşuldu.

Dövlət Gömrük Komitəsinin əməkdaşları və "Könüllü gömrükçü" dəstəsinin üzvləri "ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı və “BRAVO” marketlər  şəbəkəsinin birgə əməkdaşlığı ilə keçirilən “Sizin qayğınız bayram sevinci olsun" aksiyasına yenidən qoşulub.

Aksiya çərçivəsində ehtiyacı olan uşaqların "ASAN Məktub" stendində yer alan çoxsaylı arzuları reallaşdırılıb.

Uşaqların xəyallarındakı gizli qəhrəmanlardan biri olaraq, aksiyaya qoşulan Dövlət Gömrük Komitəsinin əməkdaşlarına və "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə təşəkkür edirik!😊

  • 29.03.2022