Xəbərlər

“Sizin qayğınız bayram sevinci olsun” aksiyası zamanı toplanılan hədiyyələrin sahiblərinə çatdırılması prosesi davam edir.💌

"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin (Bravo Supermarket Azerbaijan) birgə əməkdaşlığı ilə baş tutan "Sizin qayğınız bayram sevinci olsun" aksiyasına Könüllü Gömrükçülər (Könüllü gömrükçülər/Customs volunteers) də qoşulub.

Aksiya çərçivəsində bu dəfə Mingeçevir regionundan olan 30 uşağın arzuları gerçəkləşdirilib.

Bu prosesdə bizə dəstək olan vətəndaşlara, eləcə də könüllülərə öz təşəkkürümüzü bildiririk!

Siz də www.asanmektub.az saytına daxil olaraq məktub öhdəliyə götürə, bir balacanı sevindirə bilərsiniz.❤️💌

  • 01.06.2022