Xəbərlər

“Sizin qayğınız bayram sevinci olsun” aksiyası zamanı toplanılan hədiyyələrin sahiblərinə çatdırılması prosesi davam edir. 💌

"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin (Bravo Supermarket Azerbaijan) birgə əməkdaşlığı ilə keçirilən "Sizin qayğınız bayram sevinci olsun" aksiyasına “AZ İnşaat Layihə" QSC də qoşulub.

Aksiya çərçivəsində bu dəfə Sumqayıtdan olan 60 uşağın arzuları gerçəkləşdirilib.

Bu prosesdə bizə dəstək olan vətəndaşlara, eləcə də “AZ İnşaat Layihə" QSC-yə öz təşəkkürümüzü bildiririk!

Balaca qəlblərdə sevinc yaratmaq üçün siz də www.asanmektub.az saytına daxil ola bilərsiniz. ❤️

  • 03.06.2022