Xəbərlər

“Sizin qayğınız bayram sevinci olsun” aksiyası zamanı toplanılan hədiyyələrin sahiblərinə çatdırılması prosesi davam edir. 💌

"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin (Bravo Supermarket Azerbaijan) birgə əməkdaşlığı ilə keçirilən "Sizin qayğınız bayram sevinci olsun" aksiyasına qoşulan "Aqrar İnkişaf Könüllüləri” Təşkilatı (Aqrar İnkişaf Könüllüləri) ilə birlikdə bu dəfə Balakən regionundan olan uşaqların arzuları gerçəkləşdirilib.

Aksiya çərçivəsində ümumilikdə 100 uşağın arzuları reallaşdırılıb.

Bu prosesdə bizə dəstək olan vətəndaşlara, eləcə də könüllülərə öz təşəkkürümüzü bildiririk!

Siz də kiçik simalarda böyük təbəssüm yaratmaq istəyirsinizsə www.asanmektub.az saytına daxil ola bilərsiniz. ❤️

  • 11.06.2022