Xəbərlər

“Sizin qayğınız bayram sevinci olsun” aksiyası zamanı toplanılan hədiyyələrin sahiblərinə çatdırılması prosesi davam etdirilir.💌

"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin  birgə əməkdaşlığı ilə keçirilən "Sizin qayğınız bayram sevinci olsun" aksiyasına "Aqrar İnkişaf Könüllüləri” Təşkilatı da qoşulub.

Aksiya çərçivəsində bu dəfə Astaradan olan 37 uşağın arzuları reallaşdırılıb.

Bu prosesdə bizə dəstək olan vətəndaşlara, eləcə də könüllülərə öz təşəkkürümüzü bildiririk! ❤️💌

  • 17.05.2022