Xəbərlər

Zirvədən gələn kiçik arzular!😍

"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı və “BRAVO” marketlər (Bravo Supermarket Azerbaijan) şəbəkəsinin birgə əməkdaşlığı ilə keçirilən “Sizin qayğınız bayram sevinci olsun” aksiyası çərçivəsində ASAN Məktub komandası bu dəfə Daşkəsən rayonuna səfər edib. Belə ki, Daşkəsən rayonunun Müşavaq, Qaraqullar, Zilzahar, Almalı və Suqovuşan kəndlərindən olan 50 kiçik sakinin arzuları reallaşdı.

Prosesdə dəstək olan bütün vətəndaşlara öz təşəkkürümüzü bildiririk!💌

  • 15.04.2022